Uşaqların rəngarəng günündən MARAQLI FOTOREPORTAJ

Cəmiyyət
12:34 / 01.06.2023
2220
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-ni tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Əksər ölkələrdə olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub.
Sfera.az-ın əməkdaşı bu gün münasibətilə maraqlı fotoreportaj hazırlayıb.
Həmin fotoları təqdim edirik:
Anar Bayramlı