Bakıda iş yerlərinin 55 faizi bu rayonlardadır STATİSTİKA

Bakıda iş yerlərinin 55 faizi bu rayonlardadır – STATİSTİKA

Azərbaycanda muzdlu (əmək müqaviləsi əsasında – red.) işçilərin böyük hissəsi Bakıda çalışır. 


Sfera.az xəbər verir ki, son məlumata əsasən, ölkə üzrə 1 milyon 736 min 265 işçinin 52,12 faizi, yəni 905 007 nəfəri Bakıda işləyir. 


Bəs paytaxtda muzdlu işçilərin daha çox hissəsi hansı rayonlarda çalışır?


Rəsmi məlumatlara görə, paytaxtda ən çox işçi Nəsimi rayonundadır. Bu rayonda 207 524 işçi maaş əsasında çalışır. Son bir ildə rayonda əməkhaqqı alan insanların sayı 10 220 nəfər (5,2 faiz) artıb.


Yasamal rayonunda 174 409 muzdlu işçi var. Bu rayonda işləyənlərin sayı 539 nəfər azalıb. Səbail rayonunda 111 704 işçi əmək fəaliyyəti ilə məşğuldur. Son bir ildə bu rayonda da işçi sayı azalıb. Bir il əvvəlki dövrlə müqayisədə işçilərin sayı 2 038 nəfər azalıb.


Adıçəkilən 3 rayonda 494 minə yaxın işçi çalışır və onlar ümumi sayın 54,5 faizini təşkil edir.  


Bakının digər rayonlarının heç birində işçi sayı 100 mindən çox deyil. Yalnız Nərimanov rayonunda işləyənlərin sayı 100 minə yaxındır. Burada 95 037 işçi var. Paytaxtın ən çox əhalisi olan Xətai və Binəqədi rayonlarında da iş yerlərinin sayı 100 min həddindən aşağıdır. Xətaidə 78 116, Binəqədidə 63 420 iş yeri var. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR