"Kibertəhlükəsizliyin təmin olunması prioritet məsələlərdəndir" – Elvin Balacanov  

"Sürətli informasiya axını sui-istifadə hallarının və kiberhücumların artmasına gətirib çıxarır. Ona görə də müasir dövrdə kibertəhlükəsizliyin təmin olunması Azərbaycanda prioritet məsələlərdən biridir". 

 

Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda deyib. 





O bildirib ki, Forumun əsas məqsədi ölkəmizin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlarla birgə müzakirələrin təşkilidir. 


"Forumun ənənəvi xarakter alması və hər il keçirilməsi nəzərdə tutulub. Biz kibertəhlükəsizliyin təmin olunması və kibertəhdidlərlə mübarizə aparmaq məqsədilə hüquqi, təşkilati və və digər səylərimizi birləşdirməliyik", - deyə E.Balacanov qeyd edib. 


OXŞAR XƏBƏRLƏR