“Mənası yoxdur...” – Fazil Mustafa işsizliyin ləğvi üçün ayrılmış milyonlardan danışdı

“Mənası yoxdur...” – Fazil Mustafa işsizliyin ləğvi üçün ayrılmış milyonlardan danışdı

"İşsizliyin aradan qaldırıması məqsədilə 233,5 milyon manat ayrılıb, amma bunların hamısı mənasızdır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsi zamanı bildirib. Millət vəkili sahibkarlara aşağı faizlə pul verilməsinin zəruriliyindən danışıb:

 

"Sahibkarlara aşağı faizlə pul verilmirsə, işsizlik aradan qalxamayacaq. Bunun qarşısını almaq üçün iş yerlərinin açılmasının da mənası olmayacaq. Hətta 2021-ci ildən fərqli olaraq bu vəsait 91 milyon manat artırılıb. Sahibkarlıq subyektləri üçün ayrılan vəsaitləri əldə etmək çətinləşib. Bu işi sadələşdirmək lazımdır. Mütləq təşəbbüskarlıq lazımdır. Bundan başqa, yerli özünüidarəetməni canlandırsaq, dövlət büdcəsinə əlavə vəsaitlər daxil ola bilər".

 

Millət vəkili təhsillə bağlı problemə də diqqət çəkib:

 

"Təhsil sektoru ilə bağlı da problemlər var. Məktəblərdə 6 günlük dərslər keçirilir, lakin 1000 yerlik məktəbdə 2500 şagird təhsil alır. Məktəblərdə yerlərin artırılması savadsızlığın inkişafına səbəb olur".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...