Razi Əliyeva evli olan sevgilisi tərəfindən döyüldü - FOTO

Razi Əliyeva evli olan sevgilisi tərəfindən döyüldü - FOTO

Model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadədən şikayətçidir.

 

Sfera.az xəbər verir ki, o bu barədə instaqramda paylaşım edib.

 

R.Əliyeva son bir il ərzində başına gələnləri yazıb: “Adsız bir nömrədən gələn bir ismarışa görə məni döyürdü. Gedib aydınlaşdırırdı, məlum olurdu ki, günahkar deyiləm və üzr istəyirdi. Telefonumu əlimdən alırdı və hamı ilə mənim adımdan yazışırdı ki, kiminləsə danışıb-danışmadığımı öyrənsin, eyni zamanda, bu gün üçün material hazırlayırdı. Sonra isə hər şeyi silirdi ki, görməyim. Bütün şəkillərimi özünə göndərirdi ki, sonra məni şantaj etsin. Məni evdə bağlayırdı ki, ondan qaça bilməyim. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi, sonra duşa aparıb bütün qanı və öz izlərini yuyurdu. O məni hər şeyə görə döyürdü. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək. O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Və əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.

 

Model paylaşımında Daxili İşlər Nazirliyinin (DİN) rəsmi instaqram hesabını işarələyib.

 

Bloqer Aysel Şükür də R.Əliyevanın başına gələnlərlə bağlı paylaşım edib. O bildirib ki, model zənglərə cavab vermir, onun yerini bəlli edə bilmirlər.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...