Siyavuş Novruzovdan MAXE-lərlə bağlı TƏKLİF

Siyavuş Novruzovdan MAXE-lərlə bağlı TƏKLİF

"Hərbi çağırış və hərb mükəlləfəyyətlə əlaqədar qanunlara təkrar baxmalıyıq. İkinci Vətən müharibəsində qələbənin əldə olunmasında ən aktiv olanlar müqavilə ilə fəaliyyət göstərən əsgərlər olub".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib. Millət vəkili “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı müqavilə ilə hərbi xidmətdə olan şəxslərin daha uzun müddət orduda xidmət göstərməli olduqlarını təklif edib:

 

"İkinci Vətən müharibəsində müqavilə xidmət göstərənlərin daha aktiv olmasının səbəbi təbii ki, onların kifayət qədər təcrübələrinin olmasından irəli gəlir. Hesab edirəm ki, müqavilə əsasında qulluğu daha da artırmalıyıq. Bunun səbəbi odur ki, çox bahalı teknikaların, NATO standartlarına uyğun silahların öyrənilməsinə 9-12 ay lazım olur. Bizdə isə bu müdddətdə silahdan istifadəni öyərənənlərin qulluğu başa çaıtr. Buna görə bu şəxslərin müqaviləsinib daha da uzadılması silahların istifadəsi ilə bağlı mənimsəmənin daha da yaxşılaşmasına gətirib çıxarır. Paralel olaraq hərbi çağırışın əsasları ilə yanaşı, hərbi xidmətdə müqavilə ilə xidmət göstərənlərin dərəcəsi artırılmalıdır".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR