Milli Məclisdə pensiya yaşının aşağı salınması TƏKLİF OLUNDU

Milli Məclisdə pensiya yaşının aşağı salınması TƏKLİF OLUNDU

"Bütün MDB ölkələrində pensiya yaşı bizdəkindən aşağıdır. Biz nə üçün bir çox məsələlərdə aşağı yerdə dayanırıq?"

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli deyib. Millət vəkili pensiya yaşının və iş stajına görə pensiyaya çıxma müddətinin aşağı salınamlı olduğunu qeyd edib:

 

"Kişilər üçün pensiya yaşı 62, qadınlar üçün isə 59 olsun. Üç uşağı olan qadınlar 55 yaşında pensiyaya çıxmalıdır. 25 il iş stajı isə qəbuledilməz tələbdir, bu staj 15 ilə endirilməlidir. Bütün bu məsələlər pensiya yaşının aşağı salınmasını aktuallaşdırır. Lakin seçim də olmalıdır ki, pensiya yaşında təqaüdə çıxmaq istəyənlər pensiyaya çıxsın, çıxmaq istəməyənlər isə işini davam etdirsin. Yəni bu, büdcəyə yük olarsa, baş verə bilər. Lakin düşünürəm ki, bu hal büdcəyə yük deyil".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR