Erkən nikah və qadın qətlləri məsələləri Milli Məclisdə - Deputatdan TƏKLİF

Erkən nikah və qadın qətlləri məsələləri Milli Məclisdə - Deputatdan TƏKLİF

"Ölkədə insan hüquq və azadlıqları, qadın hüquq-azadlıqlarının qorunması istiqamətində işlər görülür. Lakin son zamanlar qızların erkən yaşda nikaha cəlb olunması, qadınların ailə məişət mövzuları üstündə qətlə yetirilməsi halları qeydə alınır". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Hicran Hüseynova bildirib.

 

Millət vəkili bu problemlərin qarşısının alınması üçün təkliflə çıxış edib:


"Bu məsələlərlə bağlı təklif edirəm ki, ictimai dinləmələr keçirək. Qanunvericiliyin gender ekspertiziası ilə bağlı bu xüsusuda müzakirələr aparılmalıdır".


Milli Məclisin sədri Sahibə Qafarova da ölkədə bu kimi problemlərin olduğunu qeyd edərək, Ailə qadın və uşaq komitəsinin üzvləri ilə müzakirələrin aparıla biləcəyini qeyd edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR