Manaf Ağayevdən yayılan görüntülərlə bağlı AÇIQLAMA: "Ay bədbəxtlər, axı sizi yandıran nədir?"

Manaf Ağayevdən yayılan görüntülərlə bağlı AÇIQLAMA:

Müğənni Manaf Ağayev bir neçə gün əvvəl Şamaxıda iştirak etdiyi toyda gözlənilməz hadisə ilə üzləşib. 

 

Sfera.az bizim media-ya istinadla xəbər verir ki, müğənniyə böyük sevgi və hörmətə görə məclisə axın edən qonaqlar sənətçinin çıxışı zamanı bir-bir Manafa yaxınlaşaraq kostyumunun sinə cibinə pul qoyublar.

 

Həmin anlar toyda içtirak edən qonaqlar tərəfindən lentə alınaraq, sosial şəbəkələrdə yayılıb. İzləyicilər M.Ağayevi bu hadisəyə görə qınayaraq, tənqid ediblər. 

 

Manaf Ağayev bu gün qonaq olduğu "Xəzər axşamı" verilişində məsələyə aydınlıq gətirib:

 

"Şamaxıdan zəng gəldi. Dedi ki, "oğlumun adı Manaf soyadı isə Ağayevdir. Əhdim var idi ki, övladımın toyunda siz çıxış edəsiniz". Mən də bunu bilib, məclisdə çıxış etmək üçün onlara endirim edib, az məbləğdə qonorar istədim, çünki ev yiyəsi kasıbdır. Toya getdim, oxumağa başlayanda, gördüm ki, məclisdəki publika bir başa mənlikdir. Hətta mahnıları mikrofonsuz oxudum. Bu toyu sözün əsl mənasında "sökdüm". Qonaqların alqışı mənə ləzzət etdi və ruh verdi. Zalda olan 500 qonağın hamısı məni öz telefonlarına çəkirdi. Mən hələ belə şey görməmişdim. Həmin kadrlar sosial şəbəkələrdə yayıldı. 

 

Bundan sonra haqqımda xoşaqəlməz sözlər yazdılar. Guya mən kiminsə cibinə girmişəm. Ay şərəfsiz, o, kasıbdır. Verdiyi isə 20 manatdır və o pula ehtiyacım yoxdur. Amma onun ürəyi o qədər istəyir ki, gətirir cibimə qoyur o pulu. Ay bədbəxt, mən "paçka"larla pullar görmüşəm. Başıma o qədər pul yağdıran olub ki,... 40 ildir ki, bu meydanda, sənətdəyəm. Yazmaqdan, deməkdən ki, halal olsun o boyda toyu mikrofonsuz idarə etmisən. Özünüz də gördünüz ki, mən heç baxmırdım ki, kim və nə qədər mənim cibimə pul qoyur. Çünki həmin an oxuyurdum. O da böyük pullar deyil ki,... Rayon yeridir də, kasıb insanlardır. Ay bədbəxtlər, axı sizi yandıran nədir? Həmin adamlar isə tanıdığım sənət adamları və sosial şəbəkə izləyiciləridir".


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.     Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Dövlət büdcəsinə 14 milyard manat pul toplanıb - Bu, proqnozdan çoxdur

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat olub. Bu, 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur. ...

Bakıda havanın temperaturu 25 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində...

Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı - FOTO

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumat yerli elan saytl...

Avropa Rusiyadan qaz idxalını tam dayandıracaq - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) 2025-ci ilin iyun ayında Rusiyadan qaz idxalını tam qadağan edən qanun layihəsi təklif etməyi planlaşdırır. Qanun layihəsi ən geci 202...

Bakıda 17 təhsil müəssisəsi yaxşı məktəblərin sırasındadır

Bu il respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin 17 təhsil müəssisəsi daxil olub.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məl...