Millimiz xeyli yüksəldi

Millimiz xeyli yüksəldi

FİFA sentyabr ayına olan yeni reytinq cədvəlini açıqlayıb. Futbol üzrə Azərbaycan milli komandası FİFA-nın yeni reytinq siyahısında 45 pillə irəliləyib.

Sfera.az xəbər verir ki, yığmamız hazırda 404 xalla 88-cici pillədə qərarlaşıb. Azərbaycan yığmasının 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərinin siyahıdakı mövqeyi belədir: Almaniya (2-cü yer, 1465 xal), Şimali İrlandiya (36-ci yer, 739 xal), Çexiya (40-cü yer, 662 xal), Norveç (81-cü yer, 481 xal) və San-Marino (200-cü yer, 17 xal).

Ötən ayın çox irəliləyən komandası Montenegro olub. 49 pilləlik sıçrayış edən komanda hazırda 56-cıdr. Ən pis göstərici isə Kipr məxsusdur. Bu komanda 52 pillə geriliyərək 139-cu pilləyə yuvarlanıb.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1621 xal), Almaniya (1465 xal), Braziliya (1410 xal), Belçika (1382 xal), Kolumbiya (1361 xal), Çili (1273 xal), Fransa (1271 xal), Portuqaliya (1231 xal), Uruqvay (1175 xal) və İspaniya (1168 xal).


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...