“Terzi”dəki “Füzuli kantatası” sildirildi - VİDEO

“Terzi”dəki “Füzuli kantatası” sildirildi - VİDEO

“Terzi” serialında mərhum Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kantatası”nın icazəsiz istifadə olunduğu üzə çıxıb.

 

Sfera.az-ın məlumata görə, musiqisi Cahangir Cahangirova, sözləri isə Məhəmməd Füzuliyə məxsus əsər “Netflix” platformasında qeyri-qanuni istifadə edilib.

 

Bununla bağlı “Mikpro” şirkəti hərəkətə keçib. Rəqəmsal yayım şirkətindən saytımıza verilən özəl açıqlamada “Netflix Türkiye”nin yutub səhifəsindən əsərin sildirildiyi söylənilib:

 

“Füzuli Kantatası” “Netflix” platformasında yayımlanan, Türkiyə istehsalı “Terzi” serialında icazəsiz olaraq istifadə edilib. Ölkə musiqisi adına gözəl addım olsa da, hüququn aliliyi daim qorunub-saxlanılmalıdır. Bununla bağlı şirkətimiz “Netflix Türkiye” istehsalı olan filmləri musiqiylə təmin edən “Fix Music” ilə əlaqəyə keçib, bir daha onların bu musiqini icazəsiz istifadə etməsini, audioyazı hüquqlarının pozulması aktı olduğunu bildirib.

 

Bundan sonra qarşı tərəf videonu yayımdan qaldırmağı və ya leqal danışıqlara başlamağı rədd etdiyi üçün “Mikpro”nun şikayəti ilə hər iki video “Netflix”in yutub kanalından silinib.

 

Xatırladaq ki, “Netflix” və “YouTube” arasında olan müqaviləyə görə platformanın rəsmi kanalı xüsusi növ təhlükəsizlik alqoritmləri ilə qorunur. Əslində, haqsız olsaydı, “mikpro” (Azərbaycan) şirkətinin bu şikayəti təmin olunmamalı idi. Prosesin digər hüquqi mərhələləri ilə bağlı yeniliklər olduqca məlumat veriləcək”.

 

Qeyd edək ki, serialda baş rolları Çağatay Ulusoy, Şifanur Gül və Salih Bademci canlandırır. “Füzuli kantatası” serialda əsas qəhrəmanın mütəmadi qulaq asdığı və rahatlıq tapdığı musiqidir. (olay.az)


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...