Tanınmış həkimin oğlu həbs edildi

Tanınmış həkimin oğlu həbs edildi

Lənkəranda bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş 21 yaşlı Əli Rufullazədə həbs olunub.

 

Sfera.az-ın məlumata görə, onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə ilkin olaraq 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Rufullzadə barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

Məlumatı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza təsdiq ediblər.

 

Qeyd edək ki, 21 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur. Onun bir neçə ay öncə “VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.

 

Bu dəfə isə Əli Rufullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin “VAZ-2106” avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub. Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Sfera.az&nbs...

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...