Naxçıvan şəhər DYP-nin rəisi işdən çıxarıldı
Cəmiyyət
15:47 / 24.05.2023
4271
Naxçıvan şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işdən azad olunub.
Sfera.az xəbər verir ki, polis baş leytenantı Rüfət Nuriyev bir müddət öncə işdən çıxarılıb.
Digər əmrə əsasən, ona Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat şöbəsində vəzifə verilib.(apa)