İradə: “Gənclər əllərindən gələni edirlər ki, xoşbəxt olmasınlar” - VİDEO

İradə: “Gənclər əllərindən gələni edirlər ki, xoşbəxt olmasınlar” - VİDEO

"Ailə qurmaq böyük şans və riskdir. Evliliyimizin bir ili tamam olmuşdu, həyat yoldaşım Ceyhunla aramızda bir münaqişə yarandı. Özüm özümə dedim ki, gedəcək yerim yoxdur. Birdən küsdüm, hara gedəcəyəm? Heç bunu düşünməmisən, İradə. Demək ki, gözümü bağlamışam sevgiyə, ailə qurmağa". 

 

Sfera.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova qonaq olduğu "Günün sədası" verilişində deyib. 

 

Ailələrin dağılmasından söz açan sənətçi bildirib ki, gənclər xoşbəxt olmamaq üçün əllərindən gələni edirlər:  

 

"Türklərin bir sözü var - arvad boşamaq çox asandı. Amma yaşayandan sonra baxırsan ki, xeyr, belə deyil. Ailə qurmazdan əvvəl anama sual verirdim ki, niyə ikinci və üçüncü övladı dünyaya gətirdin? Atamla xoşbəxt deyildinsə, niyə məni dünyaya gətirdin? Sonra gördüm ki, övlad dünyaya gələndən sonra özünü atırsan ikinci plana. Çünki övladları seçmək kimi şansları yoxdur. Amma biz onlara bütöv ailədə böyüməyi nəsib etməliyik. İndiki gənclər əllərindən gələni edirlər ki, xoşbəxt olmasınlar. Xoşbəxtlik ani bir şeydir. Tamamilə xoşbəxt, gülərüz yaşaya bilmərik. Bu artıq dəlilik olar. Bitdi, ayrılıram deyib, ailəni dağıtmaq olmaz. Biraz düşünməlisən. Tərəzinin bir tərəfinə yaxşıları, bir tərəfinə isə pisləri qoymalısan". 

 

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. 

 

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib.   

 

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır.   


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...