Zəlzələ daha bir ölkəni silkələdi

Zəlzələ daha bir ölkəni silkələdi

 

Yaponiyanın paytaxtı Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

 

Sfera.az APA-ya istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 11:50-də qeydə alınıb.
 
Zəlzələnin episentri Tiba prefekturasında, ocağı isə 40 km dərinlikdə yerləşib.
 
İbaraki, Saitama, Qumma və Fukusima daxil olmaqla 13 prefekturada  zəlzələ 4 bal gücündə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.


OXŞAR XƏBƏRLƏR