Futbolçu faciəvi şəkildə öldü - FOTO

Futbolçu faciəvi şəkildə öldü - FOTO

İtaliyalı futbolçu Qabriele Qallani faciəvi şəkildə ölüb.

 

Sfera.az xəbər verir ki, hadisə Hollandiyanın paytaxtı Amsterdamda baş verib.

 

Mayın 20-nə keçən gecə 24 yaşlı idmançı gecə klublarının yerləşdiyi Kloveniersburqval ərazisində gəzərkən yoldaşlarından geri qalaraq, kanala düşüb.

 

Suya düşən şəxs barədə siqnal daxil olduqdan sonra xilasedicilər, o cümlədən dalğıclar, təcili tibbi yardım maşınları və aviasiya maşınları hadisə yerinə gəlib. 

 

Ağır vəziyyətdə sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib və bir neçə saat sonra orada ölüb.(Lent.az)

 


OXŞAR XƏBƏRLƏR