Məhərrəm İncə xəstəxanaya yerləşdirildi - FOTO

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce xəstəxanaya yerləşdirilib. 

 

Sfera.az xəbər verir ki, İnce bu barədə sosial media hesabında məlumat verib. 

 

O, xəstəliyinin səbəbini açıqlamayıb:

 

 "Günümü xəstəxanada siyasətdən kənar bir gündəmlə keçirdim. Haqqımda şayiələr yayıldığını eşitmişəm. Hamısı qeyri-realdır. Zəng edib xoş arzularını çatdıran bütün dostlarıma təşəkkür edirəm", - deyə İncə vurğulayıb.

 

Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinə namizəd olan Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədliyini geri çəkib. (Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR