FHN-dən dənizdə batan qadın barədə MƏLUMAT - FOTO 

FHN-dən dənizdə batan qadın barədə MƏLUMAT - FOTO 

Dalğıclar dənizdə batma təhlükəsində olan şəxsi xilas edib. 
 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 
 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

 

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib. 
 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib. 


OXŞAR XƏBƏRLƏR