İran Ali Milli Təhlükəsizlik Şurasının katibi dəyişdi
13:35 / 22.05.2023
4195
İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
Sfera.az "Tasnim"ə istinadən xəbər verir ki, Əli Əkbər Əhmədian sözügedən vəzifəyə təyin edilib.
Qeyd olunur ki, müvafiq sərəncamı İran Prezidenti İbrahim Rəisi imzalayıb.
Əhmədian bu vəzifədə Əli Şahmanini əvəz edəcək.
Agentliyin məlumatına görə, Əhmədian 2006-cı ildən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strateji mərkəzinə rəhbərlik edib.
Əzizə