“Zelenskiyə dedim ki...” – Baydendən Ukraynanın bu istəyinə “yaşıl işıq”

“Zelenskiyə dedim ki...” – Baydendən Ukraynanın bu istəyinə “yaşıl işıq”

Ötən gün ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək barədə razılıq verdiyini bildirib.

 

“Zelenskiyə dedim ki, ukraynalı pilotlar dördüncü nəsil təyyarələrdə, o cümlədən F-16-da təlim keçəcəklər ki, Ukrayna özünü qoruya bilsin”, - ABŞ-nin dövlət başçısı deyib.

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən Britaniya Birləşmiş Qüvvələr Komandanlığının keçmiş komandanı general Riçard Barrons Ukraynanın sözügedən təyyarələrlə üstünlük əldə edəcəyini söyləyib.

 

“Bu, çox mürəkkəb dördüncü nəsil təyyarədir. Əgər ukraynalılar sursatı əldə edə bilsələr və lazımi qabiliyyət həddinə çatsalar, o zaman  Rusiya Hərbi Hava Qüvvələri, o cümlədən quru qoşunları üzərində üstünlük qazanacaqlar. Ukraynanın kifayət qədər təyyarəsi, səriştəsi və onu effektiv edən raketləri olduqda, bu, hava döyüşünü onların xeyrinə çevirəcək”.

 

General qeyd edib ki, Ukrayna əsasən rus təyyarələrinə sahibdir və düşmən bu sursatlara yaxşı bələddir: “F-16-lar ukraynalılara hava gücünü ələ keçirmək imkanı verəcək. Oyun qaydaları dəyişəcək”.

 

Barrons bunun qısamüddətli layihə olmadığını vurğulayıb: “Bilməliyik ki, F-16-ların Ukraynada döyüş effektivliyi təxminən 18 ay çəkəcək. Bu o deməkdir ki, G7 üzvləri və prezident Zelenski əks-hücumun nəticəsindən asılı olmayaraq, müharibənin gələn il də davam edəcəyini gözləyirlər”.

 

Xatırladaq ki, Ukrayna tərəfdaşlarını müasir təyyarələrin, o cümlədən F-16 qırıcılarının tədarükü üçün aviasiya koalisiyası yaratmağa çağırır. Müttəfiqlər, ilk növbədə, ABŞ hava hücumundan müdafiə sisteminin təmin edilməsinin vacibliyini qeyd edərək F-16-nın Ukraynaya ötürülməsi ehtimalını istisna edib. Son vaxtlar bir neçə Avropa ölkəsi aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildiriblər. Kimin, nə vaxt və neçə təyyarənin təmin edəcəyi hələlik məlum deyil. Bununla belə, rəsmi Kiyev koalisiya yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların bu ilin payızında Ukraynada peyda ola biləcəyinə eyham vurub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...