"Böyük geosiyasi məqsədlər naminə iki qardaş xalq bir-birinə qırdırılır..."

“Şimal-Cənub dəhlizi Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı ölkəmizə qazanc gətirəcək, iqtisadiyyatımızın inkişafına xidmət edəcək”

 

Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuculara təqdim edir:

 

- Qüdrət bəy, Şimal-Cənub dəmir yol xəttinin açılması istiqamətində mühüm addım atıldı, İranla Rusiya 167 km -lik Rəşt-Astara dəmir yol xəttinin çəkilməsi barədə saziş imzaladı. Bunu Azərbaycanın dövlət maraqlarına zidd hesab edənlər də var. Sizin fikirlərinizi bilmək istərdik.

 

- Azərbaycan hökuməti ölkəmizin əlverişli coğrafiyada yerləşməsindən istifadə edərək onu nəqliyyat habına çevirə bilirsə, buna sevinmək lazımdır. Bunu deyənlər başqa ölkələrin maraqlarından çıxış edənlərdir. Bu layihə əməkdaşlığın genişləndirilməsi imkanlarını artırır, region ölkələrini bir-birindən asılı edir və sülhə töhfə verir. Bu, Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı ölkəmizə qazanc gətirəcək, iqtisadiyyatımızın inkişafına xidmət edəcək.

 

- Ukraynada baş verənləri necə qiymətləndirirsiniz?

 

- Dəfələrlə təəssüf hissi ilə qeyd etmişəm ki, Qərbin bu müharibənin qarşısını almaq imkanı olduğu halda bunu etmədi. Putin isə Ukraynaya qoşun göndərməklə ən böyük səhvini etdi. Hazırda Qərb müharibənin bitməsində maraqlı görünmür. Ukraynaya yavaş-yavaş, o həddə silah verirlər ki, Rusiyaya müqavimət göstərə bilsin. Rusiyanın taqətdən salınması yolu seçilib. Böyük geosiyasi məqsədlər naminə iki qardaş xalq bir-birinə qırdırılır. Görünən odur ki, Qərb Rusiyanın məğlubiyyətindən də qorxur. Bu baxımdan, sonda onu etməyə çalışacaqlar ki, sülh sazişi Ukraynanın güzəştləri hesabına əldə olunsun. Rusiyada da bunu bilirlər. Onu da bilirlər ki, Qərb sona qədər öz müttəfiqləri üçün fədakarlıq etməyə, pul xərcləməyə hazır deyil və bir gün ukraynalıları qoyub qaçacaq. Yaxın tarix bunu təsdiq edir. Məhz bu səbəbdən Rusiya müharibəni davam etdirir.

 

- Qüdrət bəy, sizcə dünyada baş verən dəyişikliklərin fonunda Azərbaycanı gözləyən ən böyük təhlükə nə ola bilər?

 

- İslahatların gecikdirilməsi.

 

- Nədən başlamaq lazımdır?

 

- Güclü məhkəmə hakimiyyətinin yaradılmasından. Bizim çoxlu vicdanlı hakimlərimiz olsa da, ümumən məhkəmə hakimiyyəti Milli Orduya oxşayır. Amma Orduda döyüş zamanı komandirlər daha sərbəst qərar qəbul etmək səlahiyyətlərinə malik olurlar, nəinki bizim hakimlər konkret işlərə baxarkən. Məhkəmə hakimiyyətinin müstəqilliyinə nail olmadan ölkəyə böyük məbləğdə investisiya qoyuluşuna, mülkiyyətin toxunulmazlığına, iqtisadiyayatın şaxələndirilməsinə və inkişafına nail ola bilməyəcəyik. Biz şərqli olduğumuzdan 100 illər ərzində formalaşmış menatlitet imkan verməyəcək ki, andlı iclasçılar institutu yaratmadan məhkəmələri məmurların iradəsinin həyata keçirilməsini təmin edən “cəza orqanı” olmaqdan çıxarıb ədaləti təmin edə biləcək müstəqil dövlət hakimiyyət orqanına çevirək. Hakimlərin məhkəmə sədrləri ilə, sədrlərin isə yuxarı instansiya məhkəməsi ilə razılaşdırmaqla qərar qəbul etməsi təcrübəsinə son qoyulmalıdır. Bunun üçün ölkədə konstitusiya islahatlarına ciddi ehtiyac var.

 

Xalqcebhesi.az


OXŞAR XƏBƏRLƏR

Prezident bu iki qurumu ləğv etdi- SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haq...

"Qərbin heç bir sanksiyası Rusiyanın xarici ticarətini məhdudlaşdırmayacaq" - Siluanov

"Qərbin heç bir sanksiyası Rusiyanın xarici ticarətini məhdudlaşdırmayacaq".   Sfera.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton...

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirl...

Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ

Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfra...

Azərbaycanda COP29 Çərçivəsində Dini və Milli Tolerantlıq: Dayanıqlı İnkişafın Təminatı

Azərbaycan tarixi boyu müxtəlif dini və milli icmaların birgə yaşadığı mədəniyyətlərin kəsişmə nöqtəsi olub. Bu müxtəliflik ölkənin həm daxili sabitliyini, həm ...

Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 22-...