Göygöldə iki azyaşlı uşaq dəm qazından zəhərlənərək öldü
Hadisə
20:27 / 19.10.2016
1778
Göygöldə dəm qazından zəhərlənmə olub.
Sfera.az apa-dan aldığı məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.
Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.
Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızıvəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.