Nadir xəstəlikdən əziyyət çəkən müğənni ana oldu

Nadir xəstəlikdən əziyyət çəkən müğənni ana oldu

Məşhur müğənni Cessi Cey ana olub.

 

Sfera.az xəbər verir ki, ifaçı bu barəıdə sosial media hesabında yazıb. O, oğlunun dünyaya gəldiyini açıqlayıb:

 

"Bir həftə əvvəl bütün həyatım dəyişdi. Oğlum bu dünyaya qədəm qoydu, ürəyim ikiqat böyüdü. Bu ifadə olunmaz hissdir, sevginin qanadlarında uçuram. O, sehrlidir, bütün arzularımı gerçəkləşdirdi".

 

Qeyd edək ki, müğənni 2020-ci ildə övladını itirib. Daha əvvəl həkimlər ona sonsuzluq diaqnozu qoymuşdular. Bundan başqa, Cessi menyer xəstəliyindən (nadir hallarda rastlanan ani başgicəllənmə, eşitmə itkisinə səbəb ola biləcək daxili qulaq xəstəliyi) əziyyət çəkdiyini açıqlayıb. O, basketbolçu Çanan Kolmanla münasibətdədir.


OXŞAR XƏBƏRLƏR