\"Neft 5 ildə 60 dollardan baha olmayacaq\"
16:00 / 19.10.2016
1209
Dünya bazarında 2021-ci ilə qədər bir barel neftin qiyməti 60 dollar səviyyəsini keçməyəcək.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bu məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya regionu iqtisadiyyatı ilə bağlı hesabatında yer alıb.
Hesabatda eyni zamanda bildirilib ki, neftin orta qiyməti 2016-cı ildə 43 dollar/barel səviyyəsindən 2017-ci ildə 51 dollar/barelə yüksələcək.