Cəbrayılda "Mitsubishi" aşdı - Ölən və yaralananlar var
![Cəbrayılda "Mitsubishi" aşdı - Ölən və yaralananlar var](https://sfera.az/photo/orginal/2025/01/09/1736411759_k-hd104.png)
Hadisə
12:37 / 09.01.2025
2058
Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə ötən gün Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun Cəbrayıl rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mitsubishi" markalı minik avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yaralanan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra onlar Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunublar.
Faktla bağlı araşdırma aparılır.