Tatlısəslə buna görə ailə qurub

Maqazin
07:47 / 18.05.2023
4547
Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız şəxsi həyatı barədə danışıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İ. Tatlısəslə ailə qurma səbəbini açıqlayıb.
Bildirib ki, müğənni ilə 16 yaşında Bodrumda tanış olub:
"Tanış olandan 3 il sonra münasibətimiz başladı. Uşaq vaxtı atamı itirmişəm, atamı çox sevdiyim üçün həyatımdakı boşluğu onunla doldurdum. Yəqin ki, atam həyatda olsaydı, belə bir münasibətim olmayacaqdı".
Xatırladaq ki, onların Elif Ada adlı qızları var. (Qafqazinfo)