Türkiyədə referendum keçirilə bilər
Dünya
14:08 / 19.10.2016
1613
Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağlı yeni Konstitusiyası üzrə referendum 2017-ci ilin aprelində keçirilə bilər.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf partiyası sədrinin müavini Hayati Yazıcı bildirib.
"Konstitusiyaya 12-15 maddəlik dəyişiklik təkilf edilir. Bu təkliflər 2017-ci ilin yanvarında Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq. Apreldə isə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilə bilər” - deyə AKP rəsmisi vurğulayıb.