Müəllimlərə fərqli əmək haqqı - "Ali məktəblərə yüksək muxtariyyət verilib"

Müəllimlərə fərqli əmək haqqı - "Ali məktəblərə yüksək muxtariyyət verilib"

Azərbaycanda son 2-3 ildə ali məktəblər differensiyallaşdırılmış əmək haqqı sisteminin tətbiqinə daha çox meyillidirlər.

Sfera.Az bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

Onun sözlərinə görə, ali məktəblərin hamısında differensiyallaşdırılmış əmək haqqı sistemi tətbiq edilir. Sadəcə olaraq, məktəblərdə bu sistemin tətbiqinin əhatə dairəsi fərqli ola bilər.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə sisteminin tətbiqi ilə bağlı verdiyi sərəncama müvafiq olaraq, 2010-cu ildən ali məktəblərdə maliyyə vəsaitlərinin qazanılması səlahiyyəti onların özlərinə verilib: "Bu da imkan verir ki, ali məktəblər özləri müəllimlərinə differensiyallaşdırılmış şəkildə əmək haqqı versinlər. Son 2-3 ildə ali məktəblərin bu sistemə meyilliyinin artmasının əsas səbəbi ali məktəblər qarşısında kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün ciddi tələblərin qoyulmasıdır".

S.Gözəlov deyib ki, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində başlıca amil müəllim amilidir.

Nazirlik rəsmisi hesab edir ki, kadr hazırlığına keyfiyyətli müəllim cəlb edə bilməyən məktəb keyfiyyətli kadr da hazırlaya bilməyəcək: "Buna görə də ali məktəblər dilemma qarşısındadırlar və hesab edirlər ki, yaxşı müəllimi cəlb edə bilməsələr, nəticələri də olmayacaq. Bu baxımdan differensiyallaşdırılmış əmək haqqı sistemininin tətbiqinə üstünlük verirlər".

S.Gözəlov əlavə edib ki, Azərbaycanın ali məktəblərinə artıq yüksək səviyyədə muxtariyyət verilib: "Bu muxtariyyət mütləq mənada həm maliyyə, həm idarəçilik, həm də akademik sahədədir. Maliyyə muxtariyyəti ali təhsilin səviyyəsinin, keyfiyyətinin yüksəldilməsinə imkan verən bir mexanizm, alətdir. Ali məktəblərin rəhbərlərinə bu mənada sərbəstlik verilib ki, təhsil müəssisəsində işləyən əməkdaşlarının əmək fəaliyyətlərini differensiyallaşdırılmış şəkildə qiymətləndirə bilsinlər. Onlar professor-müəllim heyətlərinin tədris prosesindəki fəaliyyətinin keyfiyyətinin fərqini nəzərə alaraq, fərqli əmək haqqı verə bilərlər. 30 illik professorun aldığı yüksək əmək haqqını 5 illik təcrübəsi olan, yüksək keyfiyyətə, müasir düşüncəyə, bacarıqlara malik olan hər hansı bir xarici aparıcı universitetin məzunu da ala bilər. Bütövlükdə, bu proses kadr hazırlığının və təhsilin keyfiyyətinin yüksəldilməsinə imkan verər".


OXŞAR XƏBƏRLƏR

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...