Elnarə Abdullayeva: “Kiməsə görə özümü, ləhcəmi niyə dəyişdirməliyəm ki?”

Elnarə Abdullayeva: “Kiməsə görə özümü, ləhcəmi niyə dəyişdirməliyəm ki?”

“Heç kimin qəlbinə dəyən insan deyiləm. Düzdür, əsəblərimi bəzən cilovlaya bilmirəm. Elə vaxt olur ki, çılğına dönürəm. Məni hər şey əsəbiləşdirə bilməz. İnsanlardan gördüyüm haqsızlıq, ədəbsizlik məni özümdən çıxara bilər. Bəzən saymazlığa, bəzən də sözünün üstündə durmayan insanlara əsəbiləşirəm. Mən kişi kimi qadınam. Əlimdən hər iş gəlir. Həmişə deyirəm ki, o vaxt olsaydı, Həcər kimi at belində olardım”.

 

Sfera.az xəbər verir ki,bunu açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib. Sevilən müğənni həmkarlarının plastik əməliyyatlarından da danışıb.

 

“Plastik əməliyyat yaxşıdır. Amma elələri var ki, gülünc vəziyyətə qoyurlar özlərini. Elə bilirlər ki, çox gözəldirlər. Amma daha bilmirlər ki, özlərini insanlara güldürürlər. Hamı gözəl, baxımlı görünmək istəyər. Artıq dərəcədə etdirmək olmaz. Kiçik toxunuşlar, düzəlişlər etmək olar. İnsan var ki, kökdür, arıqlamaq istəyir, arıqlaya bilmir. O, çıxış yolunu əməliyyatda görür. Bu, normaldır. Amma biri də var ki, gedib özünü gülünc vəziyyətə salır”, - deyə sənətkar bildirib.

 

Elnarə Abdullayeva heç vaxt ləhcəsini dəyişməyəcəyini bildirib.

 

“Mən kənddə böyümüşəm. Oradan gəlmişəm, Bakıda qalmışam. Mən niyə xasiyyətimi, özümü dəyişməliyəm ki? Axı kənddə mən belə danışmışam. Başqa ölkələrdə belə bir şey yoxdur. İnsan öz ləhcəsindən, şivəsindən utanmamalıdır. Mən bundan utanmıram. Kiməsə görə özümü dəyişdirmərəm, rola girmərəm. Rola girmək olar, amma üç-beş gün. Ondan sonra nə edəcəksən? Olduğum kimiyəm”, Elnarə Abdullayeva deyib. (Moderator.az)


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...