Rövşanənin verilişinin bağlanılmasına İlkindən REAKSİYA

Rövşanənin verilişinin bağlanılmasına İlkindən REAKSİYA

Əməkdar artist İlkin Əhmədov aparıcı Rövşanə Ağasəfqızının bağlanan qalmaqallı "Space səhər" verilişindən danışıb.
 

Sfera.az xəbər verir ki, Xanəndə qaynarinfo-ya açıqlamasında aparıcının verilişinin bağlanmasına təəssüf etdiyini bildirib:

 

"Aramızda qanqaraçılıq, narazıçılıq olmuşdu. Mən istəmərəm ki, kimsə çörəyindən olsun, işsiz qalsın. Yəqin yeni bir iş tapar".

 

Qeyd edək ki, aparıcı Rövşanə Ağasəfqızı qalmaqallı səhər efiri ilə vidalaşıb. Onun "Space səhər" proqramının yayımı dayandırılıb.

 

Bir müddət öncə xanəndə İlkin Əhmədov ilə aparıcı Rövşanənin arasında mübahisə yaranmışdı. Əməkdar artist İlkin Əhmədov qonaq olduğu canlı yayıma 2 saat gecikdiyindən aparıcı Rövşanə Ağasəfqızı onu efirə buraxmamışdı:

 

"Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, deyərdin ki, gələ bilmirəm, zamanım yoxdur. Efirə çıxmaq istəyən nə qədər müğənni var. Gələcəkdilər, canla-başla əyləşəcəkdilər. Haradasan? Bu qədər tıxac olur? Hörmətsizlikdir bu? O zaman bizdən də gözlə. Nə haqla efirimizi boş qoyursan? Biz sənə bu haqqı verməmişik. Dünəndən deyərdin ki, yatıb qalacağam, yeyib qalacağam, gəlmək imkanım yoxdur. Əməkdar artistsən, bu xalqın, ölkənin təmsilçisisən. Xaricdə ölkəni təmsil edirsən. Bu gün səni hörmətli bilib, efirə dəvət etmişik. Sən bizim efirə problem yaradırsan. Xalqa və efirə qarşı hörmətsizlik edirsən. Gəlsən belə, efirə çıxmağına ehtiyac yoxdur", - deyə bildirmişdi.

 

Əməkdar artist İlkin Əhmədov isə saytımıza açıqlamasında aparıcı Rövşanə Ağasəfqızının bu hərəkətini hörmətsizlik adlandırıb:

 

"Belə aparıcılar azdır, amma onlar bilsinlər ki, nə vaxtsa efirdən rədd ediləcəklər. Onlar bilsinlər ki, xalqın əsəbi, hissi ilə oynamaq olmaz".


OXŞAR XƏBƏRLƏR

Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

III Şuşa Qlobal Media Forumu Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi müzakirələrə və mesajlara şahidlik etdi. Forumd...

Prezidentin köməkçisi Şuşadan paylaşım ETDİ - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan paylaşım edib.   ...

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...