Azərbaycan əhalisi geyimə milyardlar xərcləyir  – SON RƏQƏMLƏR

Azərbaycan əhalisi geyimə milyardlar xərcləyir  – SON RƏQƏMLƏR

Azərbaycan əhalisinin geyim xərclərində sürətli artım müşahidə edilir. Son iki ildə geyim mallarının alınmasına çəkilən xərc 30 faiz artıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayında əhali geyimə 1,646 milyard manat xərclədiyi halda, 2023-cü ilin yanvar-aprel ayları ərzində 2,139 milyard manat xərcləyib. 


Bu müddətdə əhalinin geyim xərcləri aylıq müqayisədə orta hesabla 123 milyon manat, dördaylıq dövrdə isə 493 milyon manat artıb. 


Xərclərdəki artım sadəcə nominal göstəricilərlə müqayisədə baş verməyib. Ötən iki ildə həm də real xərclər yüksəlib. Belə ki, geyim xərcləri 2022-ci ilin 4 ayında 1,7 faiz, 2023-cü ilin eyni dövründə 4,8 faiz artıb. İkiillik müddətdə geyim xərclərində real 6,6 faizə yaxın artım qeydə alınıb. 


Qeyd edək ki, geyim xərcləri əhalinin cəmi pərakəndə xərclərində ən böyük paya sahib olan xərclərdən biridir. Qeyri-ərzaq xərcləri arasında isə ən böyük paya sahibdir. 2023-cü ilin 4 ayının nəticələrinə əsasən, əhali ərzağa və qeyri-ərzaq mallarının alınmasına 16,4 milyard manat xərcləyib. Bunun 13 faizi geyim mallarının alınmasına ayrılıb.

 

Qeyr-ərzaq xərclərinə isə 6,9 milyard manat xərclənib ki, bunun da 31 faizini geyim xərcləri təşkil edib. Yanvar-aprel aylarına dair statistika göstərir ki, Azərbaycanda əhali hər ay geyimə təxminən 535 milyon manat pul xərcləyib. 


Bu il məhz geyim xərclərində artım sürətinin güclənməsi ümumən qeyri-ərzaq xərclərində 4 faizlik artıma səbəb olub. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...