Yayda metronun iş vaxtı artırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Yayda metronun iş vaxtı artırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Bakı Metropoliteninin bayram günlərində və mühüm idman yarışları zamanı gec saatlarda da işlədiyi hər kəsə məlumdur. Yay mövsümündə necə, onun iş saatını uzatmaq mümkündürmü?

 

Axı isti günlərdə qatarların hərəkət qrafikində belə dəyişiklik edilir, interval uzadılır. Üstəlik, istirahət mövsümündə istər şəhərin qonaqları, istərsə də paytaxt sakinləri axşam və gecə saatlarında çöldə olmaq, gəzişmək, asudə vaxtı əyləncə ilə doldurmaq istəyirlər.

 

Sfera.az xəbər verir ki, “yenisabah.az”a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunun mümkün olmadığını bildirib:

 

“Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi “Metropolitendən istifadə qaydaları"na görə, metropoliten səhər saat 6-dan gecə saat 12-yə qədər işləyir. Bu, artıq normativ tələbdir. İstisnalar Bakıda keçirilən kütləvi tədbirlər və digər əhəmiyyətli məsələlər zamanı olur.

 

Metropoliten mövcud vəziyyətdə sərnişinlərin rahatlığını təmin etmək, insanların mənzil başına rahat çatması məqsədilə bunu edir. Lakin bu hal adi günlərdə davamlı olmur.

 

Bəzi nüanslar var, əgər məsələ araşdırılsa, uzunmüddətli monitorinq aparılmalıdır, digər məsələlər müzakirə olunmalıdır.

 

Dünyada bu təcrübənin müxtəlif nümunələrini görürük, amma Bakı üçün belə məsələlər gündəmdə olsa, ona xüsusi baxılacaq.

 

Bir daha qeyd edim ki, hüquqi-normativ aktlara, xüsusilə metropolitendən istifadə qaydalarına görə iş saatı səhər 6-dan gecə 12-yə qədərdir”.


OXŞAR XƏBƏRLƏR

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...