Rihanna bir ildən sonra oğlunun adını AÇIQLADI

Rihanna bir ildən sonra oğlunun adını AÇIQLADI

Müğənni Rihanna bir ildən sonra uşağının adını açıqlayıb.

 

Sfera.az bildirir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.

 

Cütlüyün 13 may 2022-ci ildə dünyaya gələn övladının adı doğum şəhadətnaməsi ilə ictimaiyyətə çatdırılıb. 

 

Belə ki, üç ildir məşhur reper A$AP Rocky  ilə birlikdə olan Rihannanın oğlunun adı “RZA Athelston Mayers"dir. Bunun hip-hop qrupu “Wu-Tang Clan”ın solisti RZA-dan qaynaqlandığı qeyd olunub.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR