Coşqunla Rafaelin verilişi BAĞLANDI

Coşqunla Rafaelin verilişi BAĞLANDI

Hər səhər tamaşaçıların görüşünə gələn "MətBəxt" verilişinin bəxti bağlanıb. Proqram yayımdan qaldırılır.

 

Sfera.az "lent.az”a istinadən bildirir ki, Rafael İskəndərov və Coşqun Rəhimovun aparıcılıq etdiyi bu layihə ikinci mövsümündə ömrünü başa vurub.

 

"Bu şəhərdə" layihəsinin rəhbəri Müşfiq Abbasov bildirib ki, yay mövsümünün başlanması ilə əlaqədar "MətBəxt" daha efirlərə çıxmayacaq, verilişin bağlanmasının başqa bir səbəbi yoxdur.

 

"Payızda yeni bir kayihə ilə izləyicilərin görüşünə gələcəyik. Adətən belə verilişlərin ömrü bir və ya iki mövsüm olur. Yeni layihələrimiz mütləq olacaq", - o bildirib.
Müşfiq Abbasovun dediyinə görə, mayın 28-də Moskvada "Bu şəhərdə"nin növbəti konsert proqramı təşkil olunacaq. Yayın sonuna doğru Naxçıvan, Gəncə və Lənkəranda yeni proqramla çıxış edəcəklər.

 

Bundan əlavə, noyabr ayında "Bu şəhərdə"nin 23 illiyi münasibətilə Bakıda növbəti tamaşa təqdim olunacaq.


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...