Bakıda evdən 2 min manatlıq çilçıraq oğurlandı

Cəmiyyət
19:08 / 06.05.2023
8682
Mayın 2-də Nizami rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində çilçırağın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən Sfera.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Eldəniz Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.