Naxçıvan Hərbi Prokurorluğu YARADILDI

Cəmiyyət
19:00 / 06.05.2023
8630
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.
Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Prokurorluq haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.
“Prokurorluq haqqında” qanuna edilən dəyişikliyə əsasən isə Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.