Bakıda estetik əməliyyatı olunan 23 yaşlı qız öldü

Bakıda estetik əməliyyatı olunan 23 yaşlı qız öldü

Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

 

Sfera.az-ın məlumata görə, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.

 

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

 

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR