Əhalinin NƏZƏRİNƏ - Mayın 7-si səhər saat 8-dən...

Əhalinin NƏZƏRİNƏ - Mayın 7-si səhər saat 8-dən...

"Sürücülərin və hərəkət iştirakçıların diqqətinə çatdırmaq istəyirik ki, "Bakı Marafonu 2023"lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyini təmin olunması ilə əlaqədar yollarda hərəkət tam məhdudlaşdırılacaq".

 

Bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

 

O deyib ki, tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə aşağıdakı küçə və prospektlərdə qeyd olunan saatlarda hərəkət məhdudlaşdırılacaq:

 

"Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A. Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z. Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı" yanından Bayraq Meydanına finiş nəzərdə tutulub".

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu - 2023"nin keçirilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...