Kapital Bank-da yeni təyinatlar oldu - FOTO

Kapital Bank-da yeni təyinatlar oldu - FOTO

4 may 2023-cü il tarixində Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

 

Sfera.az xəbər verir ki, iclasda bir çox məsələlər müzakirə edilib və qəbul edilən qərara əsasən Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub. 

 

İndiyədək bu vəzifəni PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov icra edirdi. O, bundan sonra fəaliyyətini Müşahidə Şurasının üzvi kimi davam etdirəcək. Rövşən Allahverdiyev 2013-cü ildən Kapital Bank-ın İdarə Heyətinə rəhbərlik edib. 

 

Digər qərara əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov, Bankın İdarə Heyətinin sədri təyin edilib. Fərid Hüseynov 2015-ci ildən Kapital Bank-ın İdarə Heyətinin üzvüdür.

 

Qeyd edək ki, Kapital Bank-ın səhmlərinin 99,87%-i PAŞA Holding-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın birinci dərəcəli kapitalı 600 milyon. manatdır. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.
 

  • Kapital Bank-da yeni təyinatlar oldu - FOTO

OXŞAR XƏBƏRLƏR

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...