Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsinizsə, bu xəbəri MÜTLƏQ OXUYUN - QİYMƏTLƏR

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsinizsə, bu xəbəri MÜTLƏQ OXUYUN - QİYMƏTLƏR

Azərbaycanda alternativ enerjiyə maraq günü-gündən artır. Dünyada sürətlə yayılmaqda olan ən sərfəli elektrik enerjisi - günəş (enerjisi) panelləri ölkəmizdə vətəndaşlar tərəfindən istifadə olunur.

 

Sfera.az BAKU.WS-ə istinadən xəbər verir ki, əsasən isti ölkələrdə tətbiq olunan günəş panelindən istifadə Azərbaycanda da inkişaf etdirilməkdədir.

 

Nəzərə almaq lazımdır ki, ölkəmizdə il ərzində ən azı 300 günəşli gün olur. Bu isə günəş panellərindən istifadəyə böyük imkan yaradır.

 

Bəs, Azərbaycanda günəş panellərinin quraşdırılması ilə bağlı dövlət siyasəti necədir? Hansı layihələr həyata keçirilib, hansılar nəzərdə tutulub? Ölkədə bu alternativ enerji ehtiyatına keçmək üçün hansı işlər görüləcək?

 

Bu suallara cavab tapmaq üçün Azərbaycan Energetika Nazirliyinə sorğu ünvanlanıb. Nazirlikdən cavab olaraq bildirildi ki, hazırda BƏƏ-nin şirkəti tərəfindən həyata keçirilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi üzrə işlər davam etdirilir:

 

 

"İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik təqribən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq ki, bu isə ildə təqribən 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək.
Bundan əlavə bp şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt•st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar davam etdirilir.

 

Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması yekunlaşmaq üzrədir.

 

Bununla yanaşı, BƏƏ-nin şirkəti ilə ilkin mərhələdə ümumi gücü 4 qiqavat olacaq bərpaolunan enerji layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib ki, onun da 1 qiqavatı günəş enerjisinin payına düşür. Eyni zamanda, digər bir beynəlxalq şirkət ilə 12 qiqavatadək “yaşıl enerji” layihələrinin araşdırılması və reallaşdırılması üzrə çərçivə müqaviləsi imzalanıb ki, bunun da 1 qiqavatı günəş enerjisinin payına düşür. Bu isə gələcəkdə digər bərpa olunan enerji stansiyaları ilə yanaşı, günəş elektrik stansiyalarının da inşa ediləcəyini deməyə əsas verir".

 

Günəş panellərinin satışı ilə məşğul olan şirkətlərdən birinin rəsmisi Hikmət Kərimov açıqlayıb ki, elektrik enerjisini günəş panelləri ilə təmin etmək mümkündür və bu panellər 3 sistem üzrə çalşır: "Birinci sistemə "On Brid" deyilir ki, o da şəbəkə ilə sinxron işləyir. Gündüzlər günəş panellərindən elektrik enerjisi alınır, axşam olduqda isə elektrik şəbəkədən alınır. Bu sistemin fəaliyyəti nəticəsində vətəndaşlar büdcələrinə 40-60 faiz qənaət etmiş olurlar.

 

 

İkinci sistem "On Grid" adlanır ki, bu akkumulyatorlu sistemdir. Şəbəkə olmayan yerdə günəş panelləri vasitəsilə elektrik avadanlıqları tam qidalana bilir. Günəş panellərinin sayı isə işlədilən elektrik avadanlıqlarının gücü və sayından asılı olur. Tək günəş paneli ilə elektrik enerjisi almaq mümkün deyil. Bura digər qurğular da daxildir.

 

Sonuncu sistemə "Hibrid" deyilir ki, işıq sönəndə elektriklə təzhiz edə bilir və gündüzlər də günəş panelindən elektrik enerjisi ala bilir. Bu sistemlərlə artıq qalan elektrik enerjisi şəbəkəyə ötürülə və ya “Azərişıq” ASC-yə satıla bilər.

 

Hər üç sistem üzrə verilmiş texniki tapışırıq üzrə qiymətlər dəyişir. Elektrik panelləri həm bina, həm də həyət evlərinə quraşdırıla bilər. Günəş panellərinin quraşdırılması ilə bağlı 150 kilovata qədər hər hansı qurumdan icazə almağa da ehtiyac yoxdur. 150 kilovat isə 250-300 kavdrat əraziyə kifayət edir".

 

Qeyd edək ki, evlərə günəş panelləri ilə bağlı sistemin quraşdırılması minimum 2 min-5 minə başa gəlir. Ərazisi və avadanlıqların sayı çox olduqda isə qiymət daha çox olur. 


OXŞAR XƏBƏRLƏR

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...