Neft ucuzlaşsa da Neft Fondunun gəliri artıb  - SƏBƏB

Neft ucuzlaşsa da Neft Fondunun gəliri artıb  - SƏBƏB

Bu il neft və qazın qiyməti ötən illə müqayisədə aşağı düşsə də Azərbaycan Neft Fondunun neft və qaz yataqları üzrə gəlirləri artıb. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin ilk 4 ayında Neft Fondunun neft və qaz yataqları üzrə gəliri 3,4 milyard dolları ötüb. 


Bu ilin ilk 4 ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından gəlir 2,468 milyard dollar, “Şahdəniz” qaz və kondensat yatağından gəlir isə 935,754 milyon dollar təşkil edib. 


Ötən ilin ilk 4 ayı ilə müqayisədə bu il Neft Fondunun yataqlar üzrə gəliri artıb. Gəlirin artmasına səbəb “Şahdəniz”dən əldə edilən gəlirlərin 2 dəfədən çox artmasıdır. 


Ötən ilin yanvar-aprel ayları ərzində AÇG üzrə gəlirlər 2,9 milyard dollar olmaqla builkindən 432 milyon dollar çox idi. “Şahdəniz”dən əldə edilən gəlirlər isə bu il 530 milyon dollar artıb. Qaz yatağından gəlirin kəskin artması hesabına Neft Fondunun ümumi gəlirləri daha çox artıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR