Azərbaycanda övladlığa veriləcək uşaqların sayı AÇIQLANDI

Azərbaycanda övladlığa veriləcək uşaqların sayı AÇIQLANDI

Hazırda ölkədə övladlığa götürülə biləcək uşaqların sayı 29-dur.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında məlumat verilir.

 

Belə ki, "valideyn himayəsindən məhrum olunmuş uşaqlar və övladlığa götürmə" altsistemində övlad sahiblənmək istəyən şəxslərə 29 seçim təqdim olunur. Həmin uşaqlardan 11-i qız, 18-i oğlandır. Uşaqlardan 11-i sağlamdır, 17-nin sağlamlığında müxtəlif problemlər var. Digər 1 uşağın isə sağlamlıq imkanları məhduddur.

 

Qeyd edək ki, Azərbaycanda 2022-ci il və cari ilin ilk 3 ayında ümumilikdə 242 uşaq övladlığa verilib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR