Oksana 7 yaşlı uşağın ölümündən yazdı: "Bunu edənə..." - FOTO

7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində həyatını itirməsi ölkə gündəmini alt-üst edib. Baş verən dəhşətli hadisəyə bir sıra məşhurlar səssiz qalmayıb, etiraz səslərini ucaldıblar.
Sfera.az xəbər verir ki, aktrisa və rəqqasə Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağın ölümü ilə bağlı paylaşım edərək, olaydan sarsıldığını dilə gətirib:
"Uşağa qarşı şiddət, zorakılıq və qətl barədə eşidəndə, görəndə bunu edən vəhşilərə ölüm arzu edirəm. Yavaş-yavaş, əzablı, iztirablı, incidən ölüm. Belə hallarda bu vəhşiləri edam etmək lazımdır. Uşaq qatillərini edam etmək lazımdır. Əfsus ki, bizdə bu qanun yoxdur. Onu Allaha tapşırıram. Ya rəbbim, o insanı cəzalandır. Mən özümə iki gündür gələ bilmirəm. O uşaq hər bir ananın balası idi".
Rəsulova ölkə başçısına müraciət edərək körpənin ölümünə səbəb olan məşqçiyə ən ağır cəzanın verilməsini istəyib:
"Bir ana kimi sizə yalvarıram, o vəhşiyə ən ağır cəzanı verin. Çox şey yazardım, yaza bilmirəm, boğuluram".