Həyat yoldaşını qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edildi

Həyat yoldaşını qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edildi

Ötən il dekabrın 7-də Şəmkir rayonun Könüllü kəndində, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanı qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib.

Sfera.az  report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəmkir rayonu, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanın qətlində təqsirləndirilən onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevə höküm oxunub.

 

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan M.Atakişiyev 11 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib. Həbs olunan M.Atakişiyev ailə daxili mübahisə zəminində A.Orucovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.


OXŞAR XƏBƏRLƏR