Kreditlərlə bağlı hansı dəyişiklik olacaq?

Kreditlərlə bağlı hansı dəyişiklik olacaq?

Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Bankda bir sıra bankların İdarə Heyətlərinin sədrləri ilə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, görüşdə bankların konsolidasiyası, müştərilərin kreditlərinin restrukturizasiyası, fərdi inkişaf proqramlarının hazırlanması kimi məsələlər bank idarəedicilərinə tövsiyə edilib.

Maraqlıdır ki, indiki şəraitdə sözügedən tövsiyələrin banklara və müştərilərə nə kimi müsbət təsirləri ola bilər?

“Qafqazinfo” bu sualla iqtisadçı ekspert Samir Əliyevə müraciət edib. O bildirib ki, Mərkəzi Bank banklara insanlarla dil tapmağı və problemi həll etməyi tövsiyə etdi: “Yəni Mərkəzi Bankdan hər hansı bir kömək gözləməyin. Bununla bərabər, görüşdə restrukturizasiya, konsolidasiya, fəaliyyət planları məsələsi də müzakirə edilib.

21 fevral devalvasiyasından sonra restrukturizasiya baş verdi. Mərkəzi Bank müəyyən yumşaldıcı addım atdı. “Akitivlərin təsnifləşdirilməsi haqqında” qanuna dəyişilik etdi ki, dəstəkverici banklar kreditləri restrukturizasiya edə bilsinlər. Yəni müqavilə şərtlərinə yenidən baxılır, kreditin müddəti uzadılır və faiz aşağı salınır. İndi də bankların restrukturizasiyaya getməkdən başqa çıxış yolu yoxdur. Heç kim birdən-birə 50 faiz pul ödəmək qabiliyyətində olmayacaq. Mərkəzi Bank bunu deməsə də, banklar buna gedəcəkdi. 

İkincisi, konsolidasiya məsələsini isə biz neçə vaxtdır ki, qaldırmışıq. Azərbaycanda 43 bank var. Bu qədər bank Azərbaycan iqtisadiyyatı, müştərilərin sayı üçün çoxdur.

Neft gəlirlərinin azalması fonunda büdcədə pul dövriyyəsinin həcmi də azalıb. Deməli, bankların da gəlirlərində azalma müşahidə ediləcək. Belə olan halda bankların sayı azaldılmalıdır. Azərbaycan üçün 20-25 bank kiyafətdir. Bu zaman müştərilərin sayı həm keyfiyyət baxımından deyil, həm də kəmiyyət baxımından azalacaq. Bu addımı müsbət qiymətləndirirəm. Banklar əvvəl-axır buna getməlidir. Amma proses elə getməlidir ki, böyük banklar kiçik bankları udmasın. Yəni nisbətən orta bankların birləşməsi yaxşı olar. Bu zaman təmərküzləşmə prosesi də baş verməz”.


OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...