Avropa İttifaqı rekord həcmdə kənd təsərrüfatı məhsulu satıb

Avropa İttifaqı rekord həcmdə kənd təsərrüfatı məhsulu satıb

Avropa İttifaqı (Aİ) ölkələri keçən il 229,1 milyard avroluq (240 milyard dollar) kənd təsərrüfatı məhsulu satıb. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı Avropa Statistika İdarəsi (Eurostat) açıqlayıb. 


Eurostat bildirir ki, Aİ ölkələri ötən il 195,6 milyard avroluq (205,4 milyard dollar) məhsul idxal edib. Nəticədə kənd təsərrüfatı məhsullarının ticarətində 33,5 milyard avroluq ticarət profisiti yaranıb. 


Ötən illə müqayisədə 27 Aİ ölkəsi kənd təsərrüfatı məhsullarının ticarətini 77,5 milyard avro artaraq 424,7 milyard avroya çatdırıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR