“Hacı Şahinin yerinə onun təyin olunması doğru qərar deyil”

“Hacı Şahinin yerinə onun təyin olunması doğru qərar deyil”

“Əli Şərbətovun Məşədi Dadaş məscidinə imam təyin edilməsi doğru qərar deyil”.

 

Sfera.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

 

C.Məmmədov yeni imam Əli Şərbətovu yaxşı tanıdığını, lakin onun təyinatının məqsədəuyğun olmadığını deyib:

 

“Mən yeni təyin olunan şəxsi, yəni Əli Şərbətovu yaxından tanıyıram və onun fəaliyyəti ilə şəxsən tanışam. O, yaxşı ilahiyyatçı və din xadimidir. Amma fikrimcə, həmin məscidə daha fəal, dini cəmiyyətdə daha çox tanınmış və insanlarla kommunikasiya fəaliyyəti güclü olan şəxsin təyin olunması məqsədəuyğun olardı. Hesab edirəm ki, Əli Şərbətovun oraya təyin olunması doğru qərar deyil. Məşədi Dadaş məscidi bizim ən önəmli, insanların ən çox toplaşdığı məscidlərimizdən biridir”. 

 

Mərhum ilahiyyatçı Hacı Şahinin tərəfdarlarının Məşədi Dadaş məscidini tərk etməsi barədə xəbərlərə münasibət bildirən deputat vurğulayıb ki, insanların məscidlərdən uzaqlaşması onların nəzarətsiz qalmasına səbəb ola bilər:

 

 

“Məşədi Dadaş icmasından insanların getməsi, onların evlərdə, yaxud başqa yerlərdə toplaşıb fəaliyyət göstərməsinə gətirib çıxarır. Biz çalışmalıyıq ki, insanlar daha çox məscidlərdə toplaşsınlar və bir araya gəlsinlər. Belə olduğu halda onlara nəzarət etmək imkanımz daha çox olur. Amma biz məsciddən insanları çıxaranda, yaxud insanların uzaqlaşmasına səbəb olacaq addımlar atdıqda onların fəaliyyətinə nəzarət imkanlarımız çətinləşir, məhdudlaşır.

 

Mən düşünürəm ki,  insanların daha çox məscidlərə gəlməsinə çalışmalıyıq. Biz çalışmalıyıq ki, insanları məscidlərə qaytaraq və onlar məscidlərdə fəaliyyət göstərsinlər. Düşünürəm ki, bu məsələdə daha diqqətli olmağa etiyac var. Bu kimi məsələlərdə daha həssas və diqqətli olmalıyıq ki, insanlar fəaliyyətlərini kənar yerlərdə yox, məscidlərdə davam etdirsinlər. Onların fəaliyyəti dövlət qurumlarının nəzarəti altında olsun”.

 

Qeyd edək ki, mayın 2-də Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilib.

 

Bundan əvvəl “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib. Yeni təyinatdan sonra Hacı Şahinin tərəfdarlarının Məşədi Dadaş məscidindən ayrılması barədə xəbərlər yayılıb.


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...