Qeyri-bank təşkilatları ən çox krediti hansı sahələrə verir ?

Qeyri-bank təşkilatları ən çox krediti hansı sahələrə verir ?

Azərbaycanda banklarla bərabər bank olmayan kredit təşkilatları da kredit (borc) verir. Bu təşkilatlara kredit borcu 626,3 milyon manata yüksəlib və ölkə üzrə cəmi kredit qoyuluşunun 3 faizini təşkil edib. 


Sfera.az xəbər verir ki, qeyri-bank təşkilatları ən çox krediti ev təsərrüfatlarına ayırıb. Onların verdiyi kreditin 407 milyon manatını, yəni 65 faizini ev təsərrüfatları götürüb. 


Kənd təsərrüfatına 44,7 milyon manat, mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna 36,6 milyon manat kredit ayrılıb. 


Qeyri-bank təşkilatları sənaye və istehsal sektoruna 14,5 milyon manat, ticarət və xidmət sektoruna 12,8 milyon manat, nəqliyyat və rabitə sektoruna 4 milyon manat kredit verib. 


Digər sahələrə kredit qoyuluşu 107 milyon manat təşkil edib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR