Bakıda faciəvi şəkildə ölən şəxs qazi imiş - FOTO

Bakıda faciəvi şəkildə ölən şəxs qazi imiş - FOTO

3 gün əvvəl Bakının Xəzər rayonunda yol kənarında dayandığı zaman avtomobil vurması nəticəsində həyatını itirən 30 yaşlı Aqil Kazımovun Vətən müharibəsi qazisi olması məlum olub.

 

Sfera.az xəbər verir ki, hadisə Buzovna-Mərdəkan yolunda qeydə alınıb. Belə ki, Azad Əhmədov “Audi A6 minik” markalı avtomobillə əvvəlcə yol kənarında park edilmiş “Volkswagen Golf”u, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Nəticədə A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf minik” markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü  Vüqar Kərimov isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə daxil olub.

 

Qeyd edək ki, qəzada həyatını itirən Aqil Kazımov Vətən müharibəsində döyüş yolu keçib və rəşadət göstərdiyinə görə bir sıra medallarla təltif edilib. Onun bir azyaşlı qızı var.

 

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

 



Qafqazinfo


OXŞAR XƏBƏRLƏR

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...