Rusiyanın neft gəlirləri kəskin AZALIR - STATİSTİKA

Rusiyanın neft gəlirləri kəskin AZALIR - STATİSTİKA

2023-cü ilin aprelində Rusiyanın “Urals” neftinin orta qiyməti 58,63 dollar təşkil edib. 2022-ci ilin aprel ayı ilə müqayisədə “Urals” neftinin qiymətində 16% azalma qeydə alınıb. Ötən ilin 4-cü ayında “Urals”ın dəyəri 70,52 dollar olmuşdu.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Maliyyə Nazirliyi açıqlayıb. 


Nazirliyin məlumatında qeyd edilir ki, “Urals” neftinin qiyməti bu ilin aprelində mart ayı ilə müqayisədə (47,85 dollar) 10,78 dollar (22,5%) yüksəlib. Bununla da Rusiya neftinin orta qiyməti 2023-cü ilin əvvəlindən ilk dəfə olaraq bir barel üçün 50 dolları ötüb. 


Dörd ay ərzində (yanvar-aprel aylarında) isə “Urals”ın orta qiyməti bir barel üçün 51,05 dollar təşkil edib, Maliyyə Nazirliyi bildirib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39,7% azdır. 


Xatırladaq ki, Rusiya neftinin faktiki qiyməti 2023-cü il üçün dövlət büdcəsində nəzərdə tutulan qiymətdən (70,1 dollar) xeyli aşağıdır. 
Rusiyanın ixrac etdiyi əsas neft markasının dəyərinin kəskin enməsi ölkənin ixrac gəlirlərinin və dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb olur. Bu vəziyyətdə rus rublu da ucuzlaşır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR